...

Talış kənd sakinləri aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar

Cəmiyyət Materials 30 Mart 2023 10:05 (UTC +04:00)
Talış kənd sakinləri aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Tərtər rayonunun Talış kəndində də sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə kəndə köçürülən 20 ailənin hər biri ilə görüşlər keçirilərək, təhlillər aparılmaqla onlardan 20-dək şəxsin müxtəlif iş yerlərindəki vakansiyalar üzrə məşğulluğu təmin edilib.

Həmçinin Talış kənd sakinlərinin özünüməşğulluq proqramına da cəlb edilməsi istiqamətində hazırlıq işləri aparılır. Eləcə də kənd sakinlərindən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili nəzərdə tutulub.

Həmin ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə birgə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramının icrası, bu proqram çərçivəsində də bir qrup kənd sakinin işlə təminatı həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti