...

Elnur Rzayev Palçıqoba kəndində səyyar qəbul keçirib (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2023 16:31 (UTC +04:00)
Elnur Rzayev Palçıqoba kəndində səyyar qəbul keçirib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Palçıqoba kəndində səyyar qəbul keçirib. Qəbulda yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləridə iştirak edib. Görüşdə Çinartala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Palçıqoba, Manafoba, Ağaşirinoba və Qıraqlı kənd sakinlərinin müraciəti dinlənilib.

Sakinlər elektrik təchizatının yaxşılaşdıırlması, yolların təmiri, içməli və suvarma suyu ilə bağlı mövcud çətinliklərlə bağlı müraciətlər səsləndiriblər. Palçıqoba sakinləri həmçinin kənddə tikinti işləri davam etdirilən yeni məktəb binasında işlərin sürətləndirilməsini xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev səyyar qəbuldan sonra Palçıqoba kənd tam orta məktəbi üçün inşa edilən yeni binanın tikintisi ilə maraqlanıb. Məlumat verilib ki, 360 yerlik yeni məktəb binası 4 korpusdan ibarətdir. Elnur Rzayev işlərin vaxtında və kefiyyətlə yerinə yetirilməsi üçün müvafiq tövsiyyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti