...

UFAZ-da Beynəlxalq elmi konfrans öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2023 16:51 (UTC +04:00)
UFAZ-da Beynəlxalq elmi konfrans öz işinə başlayıb (FOTO)

Bakı. Trend:

Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Mürəkkəb Hesablama Ekosistemləri (Complex Computational Ecosystems - CCE’23) adlı beynəlxalq elmi konfrans işinə başlayıb.

ADNSU-dan Trend-ə verilən məlumata görə, açılış mərasimində Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli, Fransanın Azərbaycandakı səfiri Anne Boillon, ADNSU-nun Elmi İşlər üzrə prorektoru, professor Lətafət Qardaşova, Strasburq Universitetinin professoru Pierre Collet və UFAZ-ın icraçı direktoru Vazeh Əskərov iştirakçıları salamlayıb və konfransın əhəmiyyətindən danışaraq uğurlar arzulayıblar.

3 gün davam edəcək konfrans UFAZ, ADNSU, Strasburq Universiteti, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi və UNESCO (UniTwin) ilə birgə keçirlir. Complex Comupational Ecosystems beynəlxalq 3 illik konfrans kimi ilk dəfə ölkəmizdə keçirilir və hər 3 ildən bir təkrar keçirilməsi nəzərdə tutulub.

CCE çoxsəviyyəli və çoxmodallı hesablama ekosistemlərinin empirik müşahidələri ilə nəzəri sualları ehtiva edən transdissiplinar problemlərlə məşğul olan alimləri bir yerə toplayacaq. Konfransda Azərbaycanla yanaşı, (3 məruzə), Fransa (5 məruzə), İrlandiya (3 məruzə), Yaponiya (2 məruzə), ABŞ, Çexiya, Almaniya, Ekvador və Mavritaniya (hər birindən 1 məruzə) olmaqla ümumilikdə 17 elmi məruzə təqdim olunacaq. 16 yazı beynəlxalq elmi məcmu olan Springer tərəfindən dərc olunmaq üçün qəbul edilib.

Hibrid formatda keçiriləcək tədbirdə 18 məruzəçi və 5 əsas məruzəçinin çıxış etməsi gözlənilir. Onların arasında UFAZ-ın kompüter elmləri üzrə müəllimləri Ülviyyə Əbdülkərimova, Rauf Fətəli və Samer El Zant (ADNSU-dan professor Lətafət Qardaşova və Babək Qirimov) da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti