Bakı. Trend:
Ötən il insan alverinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 204 cinayət qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.
Qeyd edilib ki, o cümlədən 157 insan alveri, 3 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 44 cinayət qeydə alınıb.
Həmin hüquqazidd əməllərlə əlaqədar başlanılmış cinayət işləri üzrə təqsirləndirilən qismində cəlb olunmuş 15 şəxs (13-ü qadın, 2-i kişi) məhkəmə məsuliyyətinə verilib.