...

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu İdarə Heyətinin tərkibi genişləndirilib

Cəmiyyət Materials 27 May 2023 12:12 (UTC +04:00)
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu İdarə Heyətinin tərkibi genişləndirilib

Bakı. Trend:

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən İdarə Heyətinin tərkibi 5 nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarət olacaq.

İndiyə qədər isə İdarə Heyətinin tərkibi 3 nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti