Bakı. Trend:
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili taksi sürücülərinin xüsusi hazırlıq keçməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişkiliyin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində belə bir təlim mərkəzi var. Onun sözlərinə görə, digər təlim mərkəzlərinə də bu cür hazırlıq keçmə hüququnun verilməsi nəzərdə tutulur.