...

World Class brendinin Bakıda ilk və ən böyük fitnes klubu açılacaq (FOTO)

Cəmiyyət Materials 19 İyun 2023 15:23 (UTC +04:00)

Bakı. Trend:

World Class lüks və premium fitnes klubları seqmentində dünya liderlərindən biridir. Şəbəkə 1993-ci ildən fəaliyyət göstərir və hazırda dünya üzrə 110 kluba malikdir.

World Class brendinin Bakıda ilk və ən böyük klubunun açılışı 2023-ci ilin 3-cü rübündə planlaşdırılıb. Hazırda əsaslı təmirdə olan fitnes klub keçmiş Hyatt Regency fitnes mərkəzinin yerində fəaliyyət göstərəcək.

World Class Azerbaijan artıq üzvlüklərin öncədən satışını elan edib və ən sərfəli qiymətlərlə 1 illik limitsiz üzvlükləri əldə etməyi təklif edir. Qeyd edək ki, təklif müddəti məhduddur.

Klubun özəllikləri:

• 1000m2 sahəsi olan ümumi idman zalı

• Yalnız qadınlar üçün ayrıca idman zalı

• Technogym markasından ən son model müasir avadanlıqlar

• 25m uzunluqlu açıq və qapalı hovuzlar

• 2 fərqli qrup məşqləri zalları (aerobika, yoqa, funksional və s. məşqlər üçün)

• Döyüş idman növləri zalı

• Cycle studio

• Pilates zalı

• Sauna, buxar otaqları və hamam

• Qapalı və açıq zonada fərqli kafelər

Həmçinin, uşaqlar üçün də üzvlüklər də təklif olunu. Klubda uşaqlar üçün fitnes, oyun otağı və ailəvi paltardəyişmə otağı da mövcud olacaq.

Ünvan: İzmir küç. 2, Bakı şəhəri

Əlaqə: (012) 490 77 11

www.worldclass.az

Xəbər lenti

Xəbər lenti