...

60 yaşı tamam olan müəllimlər sertifikasiya imtahanlarında könüllü şəkildə də iştirak etməyəcəklər

Cəmiyyət Materials 19 İyun 2023 15:20 (UTC +04:00)

Bakı. Trend:

İyunun 20-24-də keçiriləcək sertifikasiya imtahanlarında 60 yaşı tamam olan və yaşı 60-dan daha çox olan müəllimlər iştirak etməyəcəklər.

Trendxəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun (ARTİ) İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hətta müəllimlər könüllü şəkildə də imtahanlarda iştirak etməyəcəklər.

"Bu, müəllimlərin istəyi ilə qəbul olunub. Könüllü şəkildə iştirak etmək istəyən müəllimlər var. Lakin “Təhsil haqqında” qanuna edilən dəyişiklik əsasında hazırlanacaq yeni qaydalar təsdiq edilməyib", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti