...

Zavodun havaya təsiri norma daxilində idi - Muxtar Babayev

Cəmiyyət Materials 12 İyul 2023 16:11 (UTC +04:00)
Zavodun havaya təsiri norma daxilində idi -  Muxtar Babayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend

Komissiyanın tərkibində olan bütün qurumlar müvafiq işləri həyata keçirib.

Trend xəbər verir ki, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev brifinqdə deyib.

Nazir bildirib ki, kənd sakinlərinə monitorinqin ilkin nəticələrini açıqlamışıq.

"Zavodun havaya təsiri norma daxilində idi", - deyə o qeyd edib.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Komissiyaya Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti