...

Bu şəxslərə diplomatik pasport verilməsi təklif edilib

Cəmiyyət Materials 14 İyul 2023 12:47 (UTC +04:00)
Bu şəxslərə diplomatik pasport verilməsi təklif edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Fazil Mustafa Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinə diplomatik pasport verilməsini təklif edib.

Trend-in məlumatına görə, deputat bildirib ki, həmin qurumun üzvlərinin heç birinin diplomatik pasportu yoxdur.

Onun sözlərinə görə, MSK-nın üzvləri seçkilərdə iştirak edir, hər ay səfərdədirlər.

“Ancaq onlara bu imtiyaz verilmir. Onsuz da bizdə deputat da daxil olmaqla səlahiyyət müddəti başa çatan kimi qapını kəsib diplomatik pasportunu əlindən alırlar. Lakin Türkiyə və başqa yerlədə bu qalır. Bu məsələ üzərində düşünülməlidir. MSK-nın neçə üvzü var ki, bu problemlə qarşılaşır. MSK ciddi səlahiyyətli qurumdur, ətrafında olan problemləri həll etmək lazımdır. MSK üzvlərinin müəyyən dərəcədə diplomatik pasportla təmin olunmasını gerçəkləşdirək”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti