Bakı. Trend:
Gürcüstanın Oni bələdiyyəsində torpaq sürüşməsi nəticəsində itkin düşən 18 yaşlı azərbaycanlı Samirə İsayevanın meyiti tapılıb.
Məlumatı XİN Trend-ə təsdiqləyib.
Dünən səhər Samirə İsayevanın meyitinin tapılması ilə bağlı ailəsinə məlumat verilib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində ölənlərin say 18 nəfərə çatıb.
Gürcüstan müdafiə naziri Cuanşer Burçuladze təbii fəlakət zonasından bir neçə azyaşlının cəsədinin tapıldığını deyib.