...

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Cəmiyyət Materials 10 Avqust 2023 12:24 (UTC +04:00)
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma çörəyin, unun, qarabaşaq yarmasının, vaflinin, təzə balığın, yoqurtun, südün, pendirin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, qarpızın, yemişin, üzümün, bananın, armudun, gavalının, bibərin, badımсanın, xiyarın, pomidorun, göy lobyanın, soğanın, kartofun, konfetlərin, çayın, mineral suların, arağın qiymətində müşahidə edilib.

Bahalaşma isə, əsasən, qoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün, şəkər tozunun qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti