...

“Ekonometrika” fənnini tədris edən müəllimlər üçün UNEC-də təlimlər keçirilir

Cəmiyyət Materials 7 Sentyabr 2023 16:31 (UTC +04:00)
“Ekonometrika” fənnini tədris edən müəllimlər üçün UNEC-də təlimlər keçirilir

Bakı. Trend:

“Ekonometrika” fənnini tədris edən müəllimlərin təcrübə mübadiləsini təmin etmək və tədrisin keyfiyyətini artırmaq məqsədilə UNEC-də təlimlər təşkil olunacaq.

Təlim proqramı 42 saat olmaqla, 8-31 sentyabr tarixlərini əhatə edəcək.

Təlimdə digər universitetlərin əməkdaşları da iştirak edə bilərlər.

Proqram üzrə təlimçilər:

Prof.Yadulla Həsənli – UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru;

Xətai Alıyev – “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müdiri.

Təlimdə iştirak etmək istəyənlər üçün qeydiyyat linki: https://forms.gle/WCtesBYDTuG11tLA7

Məqalədə:
Xəbər lenti

Xəbər lenti