...

Azərbaycandakı sürüşmə zonalarının yeni xəritəsi hazırlanacaq (ÖZƏL)

Cəmiyyət Materials 13 Sentyabr 2023 13:17 (UTC +04:00)
Azərbaycandakı sürüşmə zonalarının yeni xəritəsi hazırlanacaq (ÖZƏL)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandakı sürüşmə zonalarının yeni xəritəsi hazırlanacaq.

Bunu Trend-ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, ümumilikdə ölkə ərazisində 99 lokal sürüşmə zonası müəyyən edilib və xəritələnib.

"Onlardan 42-i infrastruktur və yaşayış məntəqələrinə yaxın yerdə yerləşdiyindən həmin ərazilərdə mütəmadi monitorinqlər aparılır. Digər 57 zona lokal sahələrdir. Onlar əhali üçün ciddi təhlükə törətmir. Həmin ərazilərdə də müşahidələr aparılır. Son iki il ərzində bu cür lokal sürüşmə sahələrinin sayı artıb".

Sədr bildirib ki, növbəti ildə sürüşmə zonalarının yeni xəritəsinin hazırlanması planlaşdırılır.

"Bu vaxta qədər olan xəritə 2015-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Gələn ildən yeni yaranmış və yaranmaqda olan potensial sürüşmə sahələri də yeni xəritəyə salınacaq. Xəritəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi birgə hazırlayacaq", - deyə Ə.Əliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti