...

Bu istiqamətdə qatarların hərəkət qrafiki dəyişəcək

Cəmiyyət Materials 26 Sentyabr 2023 13:16 (UTC +04:00)
Bu istiqamətdə qatarların hərəkət qrafiki dəyişəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edib.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.

Bildirilib ki, sərnişinlərin xahişini nəzərə alaraq həmin sürət elektrik qatarı oktyabrın 1-dən etibarən Bakı Dəmiryol Vağzalından 45 dəqiqə tez, saat 23:00-da yola düşərək Sumqayıta saat 23:52-də çatacaq.

Bu, həm iş, həm də qeyri-iş günləri üçün nəzərdə tutulub.

Qeyd olunub ki, bu dəyişiklik payız-qış mövsümünə keçidlə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti