...

Daha bir tibb müəssisəsində rentgen-müayinə fəaliyyəti dayandırıldı (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2023 14:34 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Bakı şəhəri, Xəzər rayonunda yerləşən 45 nömrəli şəhər poliklinikasında radiasiya təhlükəsizliyi ilə bağlı vəziyyətin qiymətləndirilməsi üçün bu tibb müəssisəsinə baxış keçirilib.

Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı poliklinikada mövcud vəziyyətin radiasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyi və “xüsusi icazə”nin alınmadığı nəzərə alınaraq, tibb müəssisəsinin balansında olan 1 ədəd rentgenoqrafiya və 1 ədəd portativ rentgen cihazının istismarının məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, bundan əvvəl Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsi, B78 ünvanında fəaliyyət göstərən “RONDENT” MMC-yə məxsus stomatoloji klinikada və M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.

Xəbər lenti

Xəbər lenti