...

İspaniya və Portuqaliyada sentyabr ayında anomal istilər qeydə alınıb

Cəmiyyət Materials 30 Sentyabr 2023 05:43 (UTC +04:00)
İspaniya və Portuqaliyada sentyabr ayında anomal istilər qeydə alınıb

Bakı. Trend:

İspaniya və Portuqaliya sakinləri ilin bu vaxtı anomal isti hava ilə üzləşiblər.

Trend-in məlumatına görə, bu barədə Avropa KİV-lərində nəluat yayılıb.

Bildirilib ki, İspaniyanın cənubundakı bir sıra şəhərlərdə cümə günü gün ərzində temperatur 35 dərəcədən yuxarı qalxıb. İsti havanın həftəsonu pik həddə çatacağı proqnozlaşdırılır.

Portuqaliyada da hava temperaturu yüksək dərəcəyə qalxır. Yaxın günlərdə sahilboyu ərazilər istisna olmaqla, ölkə ərazisində havanın temperaturu 30 dərəcədən yuxarı qalacaq.

Fransanın bəzi bölgələrində də anomal istilər qeydə alınıb. Həftəsonu ölkənin cənub-qərbində 35 dərəcəyə qədər isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti