...

Laçında yaşamaq mənim üçün böyük qürurdur - 31 ildən sonra evinə dönən Laçın sakini

Cəmiyyət Materials 16 Oktyabr 2023 07:19 (UTC +04:00)
Laçında yaşamaq mənim üçün böyük qürurdur - 31 ildən sonra evinə dönən Laçın sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Mənim üçün Laçını görmək və yenidən Laçında yaşamaqdan böyük qürur ola bilməz.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Roza İmanova deyib.

Onun sözlərinə görə, Laçından 40 yaşında çıxıb və artıq yaşı 70-dən çoxdur.

Laçın sakini deyib ki, doğma yurdu necə görəcəyinə həm çox sevinir, həm də çox həyəcanlıdır.

"Allah Prezidentimizi var eləsin, qazilərimizə çan-sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandanımızın dünənki çıxışı bizi bir daha ürəkləndirdi. Ötən gecəni sevincimizdən yata bilməmişik. Uşaqdan böyüyə hamımız sevinirik", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Laçına daha 25 ailə, 96 nəfər yola salınıb. Bununla da Laçın şəhərində 252 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti