...

Bu xəstəliklər üçün dövlət büdcəsindən vəsaitin artırılması təklif edilir

Cəmiyyət Materials 3 Noyabr 2023 14:53 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ilk dəfə olaraq səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan vəsait 1.9 milyard manata yüksəlib. Əminəm ki, bu vəsaitin artırılması hesablına əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksələcək.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanın səhiyyə sahəsində ən uğurlu addımı icbarı tibbi sığortanın tətbiqidir.

“İcbari tibbi sığorta zərfi günbəgün genişlənir və əhalinin məmnunluğu artır”, - deyə o bildirib.

Komitə sədri onkoloji xəstəliklərin müalicəsi üçün ayrılan vəsaitin artırılmasını təklif edib. O həmçinin onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmasının vacibliyini qeyd edib.

2024-cü ilin dövlət büdcəsinin layihəsində qeyd edilir ki, onkoloji xəstəliyə tutulmuş şəxslərin sağlamlığının qorunması, dərman peraparatlarına olan tələbatının ödənilməsi, müayinə, müalicə və reabilitasiyanın həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Milli Onkologiya Mərkəzinə və Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasına 50.1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti