...

Kosmonavtların əllərindən saldıqları alətlər çantası Yerin “peykinə” çevrilib

Cəmiyyət Materials 11 Noyabr 2023 10:50 (UTC +04:00)
Kosmonavtların əllərindən saldıqları alətlər çantası Yerin “peykinə” çevrilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda planetin ətrafında fırlanan qeyri-adi bir obyekt peyda olub - alətlər çantası.

Trend xəbər verir ki, noyabrın 1-də NASA astronavtları Jasmin Moqbeli və Loral Oxara kosmosda gəzinti zamanı alətlərin olduğu çantanı əllərindən salıblar. İndi bu çanta kosmik fəzada saatda 28 min kilometr sürətlə uçur.

“EarthSky”ın məlumatlarına görə, çanta “+6” ulduz böyüklüyündə obyekt kimi kataloqa salınıb. Obyekt Beynəlxalq Kosmik Stansiyanın yaxınlığında uçur və stansiyanı təxminən bir dəqiqə qabaqlayır.

2009-cu ildə də oxşar alətlər çantası Yer atmosferində yanmışdı. Bundan əvvəl isə çanta təxminən doqquz ay kosmosda olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti