...

Qız Qalası hidroqovşağı tezliklə istifadəyə veriləcək

Cəmiyyət Materials 13 Noyabr 2023 18:13 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Azərbaycan arasında "Qız Qalası" hidroqovşağı tezliklə istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti regional su şirkətinin müdiri Yusif Qaffarzadə deyib.

Y.Qaffarzadənin sözlərinə görə, "Qız Qalası" hidroqovşağı təxminən gələn 1 ay ərzində qeyri-rəsmi, 2 ay ərzində rəsmi şəkildə istifadəyə veriləcək.

Qaffarzadə əlavə edib ki, Qız Qalası hidtoqovşağının istifadəyə verilməsi ilə ildə 2 milyard kubmetr su iki ölkə tərəfindən istifadə olunacaq. Hər iki ölkənin payı 50%-dir.

Şirkət rəsmisi deyib ki, bu hidroqovşağın tutumu 65 milyon kubmetrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti