Bakı. Trend:
Axar.az xəbər saytı 10 yaşını qeyd edir.
Trend-in xəbərinə görə, 2013-cü ilin oktyabrın 19-da oxucularla ilk görüşə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.
Axar.az Azərbaycan, ingilis, rus, və fars dillərində 4 versiyada işləyir.
Qeyd edək ki, Axar.az saytı “Teleqraf” Media Qrupun tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri tanınmış jurnalist Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.
Trend-in kollektivi Axar.az-da çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!