...

Şamaxıda qanunsuz ağac kəsən şəxs barəsində tədbir görülüb

Cəmiyyət Materials 24 Noyabr 2023 13:31 (UTC +04:00)
Şamaxıda qanunsuz ağac kəsən şəxs barəsində tədbir görülüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı şəhər ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Həmçinin, şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlər nəticəsində oduncağın tədarük edilib daşınması qaydasını pozan şəxs müəyyən edilib. Onun barəsində də İnzibati Xətalar Məcəlləsinin 252-ci (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) maddəsi ilə protokol tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti