...

Paytaxtda havada tozun miqdarı artıb

Cəmiyyət Materials 27 Noyabr 2023 11:11 (UTC +04:00)
Paytaxtda havada tozun miqdarı artıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gecə saatlarından başlayaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində Bakı şəhəri və Abşeron yarımadasında havada toz müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı 1.5 dəfə normadan yüksək müəyyən edilib.

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti