...

Vətən müharibəsində qazandığımız qələbə medianın fəaliyyətinə də təsir edib - Əhməd İsmayılov

Cəmiyyət Materials 20 Dekabr 2023 10:30 (UTC +04:00)
Vətən müharibəsində qazandığımız qələbə medianın fəaliyyətinə də təsir edib - Əhməd İsmayılov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbə medianın fəaliyyətinə də təsir edib.

Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən "Media savadlılığı" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, müşahidə və informasiya bolluğu müəyyən çətinliklərə də səbəb olur:

"Bu isə öz növbəsində media savadlılığının əhəmiyyətini artırır".

Ə.İsmayılov qeyd edib ki, media savadlılığı ilə bağlı Azərbaycanda müntəzəm təlimlər keçirilir: "Bu, həm də bölgələrdə təşkil olunur. Eyni zamanda, xarici ekspertlər müntəzəm olaraq ölkəmizə dəvət olunur. Gənclər özləri də fərqində olmadan bəzən saxta xəbərin qurbanına çevrilir. Bunun qarşısının alınması media savadlılığının əsas məqsədlərindən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti