...

Bələdiyyələr insanların beynində torpaq satan qurum kimi qalmışdı – Deputat

Cəmiyyət Materials 1 Mart 2024 11:27 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Təəssüf ki, bələdiyyələr ilk yarandığı dövrdə insanların beynində torpaq satan qurum kimi qalmışdı.

Trend xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Elşən Musayev komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bunu bəlkə də bələdiyyənin yaşı ilə bağlamaq olar.

“Bələdiyyələrin bəlkə də ən sonuncu funksionallığı torpaq satmaq ibarətdir. Bələdiyyələrin elə bir vəzifələri, hüquqları var ki, illər sonra bələdiyyələr həmin hüquqlara fokslanmağa başladılar. İnsanların bələdiyyələr haqqında məlumatı yoxdur. Zaman-zaman elə bələdiyyələr olub ki, heç özləri öz hüquqlarını bilməyib. Bələdiyyələr dünyanın bütün ölkələrində hörmətli qurumdur. Arzumuz budur ki, Azərbaycan bələdiyyələri də hörmətli olsun”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti