...

Havada toz müşahidə olunur

Cəmiyyət Materials 18 Mart 2024 09:23 (UTC +04:00)
Havada toz müşahidə olunur
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Trend-ə bildirib ki, hazırda havada tozun miqdarı 1.6 dəfə normadan artıqdır.

"Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz-dumanıdır.

Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti