...

Tozlu hava şəraiti nə qədər davam edəcək?

Cəmiyyət Materials 29 Mart 2024 15:47 (UTC +04:00)
Tozlu hava şəraiti nə qədər davam edəcək?
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Trend-in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır.

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti