Bakı. Trend:
Bakıda keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb.
Trend xəbər verir ki, konfransın yekunlarına dair bəyannamə qəbul edilib.
Konfransın birinci günü Zəngilan, ikinci günü isə Bakı şəhərində baş tutub.
Cari ilin 30-31 may tarixlərində keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının mövzusu “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması”dır.