Bakı. Trend:
Çinin "Çanqe-6" kosmik gəmisinin eniş modulu Ayın Yerdən görünməyən üzündə yerləşən Cənub qütbü - Eytken hövzəsində uğurla eniş edib.
Trend-in məlumatına görə, bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) xəbər verib.
""Queqiao-2" retranslyator peykinin dəstəyi ilə "Çanqe-6" eniş aparatı Cənubi Qütb-Eytken hövzəsində təyin olunmuş yerə uğurla eniş etdi", - deyə bildirilib.
"Xinhua" agentliyi bildirib ki, iyunun 2-də səhər saatlarında "Çanqe-6" Ayın Yerdən görünməyən üzündə yerləşən təyin edilmiş eniş yerinə endi və "Ayın Yerdən görünməyən üzündə aparat tərəfindən həyata keçirilən ilk nümunə toplama missiyasına başladı."