...

"Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçiriləcək

Cəmiyyət Materials 19 İyun 2024 11:46 (UTC +04:00)
"Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 20-də ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak etdikləri “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi təşkil olunacaq.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, olimpiadanın final mərhələsi Naxçıvan şəhərində keçiriləcək. Finalda olimpiadanın ikinci mərhələsində ən yüksək nəticə göstərmiş 36 şagird bilik və bacarığını sınayacaq.

Naxçıvan Dövlət Universitetində təşkil olunacaq finalda münsiflər heyəti tərəfindən şagirdlərə açıq tipli suallar təqdim ediləcək.

“Qərbi Azərbaycana qayıdış” olimpiadası qaliblərinin mükafatlandırılma tədbiri iyunun 21-də Naxçıvanda keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək.

Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti