Bakı. Trend:
Azad edilən ərazilərdə 1 170 000 kvadratmetrdən çox sahə minatəmizləyən qadınlar tərəfindən təmizlənib.
Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının Xarici Siyasət Alətləri Xidməti bildirib.
"Azərbaycanda cəsarətli minatəmizləyən qadınların fəaliyyət göstərməsinin bir ilini qeyd edirik. 1 170 000 kvadratmetrdən çox ərazi təmizlənib və bu, yurdlarına qayıdanlar üçün təhlükəsizlik deməkdir" - deyə əlavə edilib.
Qeyd edək ki, “Qadın minaaxtaranlar layihəsi” Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Avropa İttifaqı və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu ilə birgə həyata keçirilir.