...

Növbəti köç karvanı Laçın şəhərinə çatıb: 18 ailəyə evlərin açarları təqdim olunub (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 31 İyul 2024 16:12 (UTC +04:00)
Növbəti köç karvanı Laçın şəhərinə çatıb: 18 ailəyə evlərin açarları təqdim olunub (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Trend xəbər verir ki, Laçına çatdıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar. Bununla da Laçın şəhərində 552 ailə yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

xxx

15:15

Laçına növbəti köç prosesi reallaşıb.

Trend xəbər verir ki, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.

Laçın şəhəri bu dəfə 18 ailəyə qucaq açıb və bununla da 60 laçınlının yurd həsrəti bitib. Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıblar və Laçının gözəl mənzərəsini seyr ediblər.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Bununla da Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti