...

Min dəfədən artıq qışqırardım ki, Qarabağ Azərbaycandır - Anası azərbaycanlı olan misirli həkim

Cəmiyyət Materials 6 Avqust 2024 15:34 (UTC +04:00)
Min dəfədən artıq qışqırardım ki, Qarabağ Azərbaycandır - Anası azərbaycanlı olan misirli həkim
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Qarabağa bir neçə dəfə gəlmişəm. Amma Laçına 1-ci dəfədi gəlirəm. 1 ay bundan qabaq İCESCO-nun fəaliyyətinə görə gəlmişdik Şuşaya. Azərbaycanı təqdim eliyən Gənc sülh səfiri olaraqda gəldim o fəaliyyətdə iştirak etdim

Bunu Trend-ə açıqlamasında ixtisasca həkim Sandi El Nenay deyib.

Həmsöhbətimiz Sandi El Nenay 2004-cü ildə Misir Ərəb Respublikasının Qahirə Şəhərində dünyaya gəlib. Anası Azərbaycanlı, Atası Misirli olan gənc qızda bu gün Laçın şəhərində olub. İxtisasca həkim olan Sandi El Nenay həm də, İCESCO-nun ən gənc sülh səfiridir. Ürəyinin Azərbaycanla döyündüyünü deyən gənc xanım Global Gözəllik Yarışmasının da qalibi olub.

O, əməkdaşımızla həm söhbət olarkən, Qarabağda gördüklərini belə dilə gətirib: “Qarabağa bir neçə dəfə gəlmişəm. Amma Laçına 1-ci dəfədi gəlirəm. 1 ay bundan qabaq İCESCO-nun fəaliyyətinə görə gəlmişdik Şuşaya. Azərbaycanı təqdim edən Gənc sülh səfiri olaraqda gəldim o fəaliyyətdə iştirak etdim. Ondan öncədə diaspora komitəsi ilə biz xaricdə yaşayan azərbaycanlılar kimi gəlmişdik Şuşaya. Çox gözəl, çox emosioxaricnal hisslər keçirdirəm hər ayağımı bu torpağa qoyanda çox böyük fəxr və qürur duyuram. Həmişə deyirəm ki, baxın görün bizim Azərbaycanın övladları, bizim hərbiçilərimiz biz hamımız bu müharibədə iştirak etmişik. Tək hərbiçilərimiz yox baş komandandan tutmuş ən balaca azərbaycanlı vətəndaşına kimi döyüşmüşük. Bizdə xaricdə də olsaq da bütün fəaliyyətlərimizi göstərirdik".

“Mən Global müsabiqədə gözəllik yarışmasında seçilmişdim. Orda miss talantda Qarabağ Azərbaycandır mahnı sədaları altında milli rəqsimizi etmişdim. Ordada münsiflər heyətindən biri erməniymiş. Mənim ballarımı aşağı saldı çünki müsabiqənin sonunda bitirdim və dedim Qarabağ Azərbaycandır. Azərbaycan bayrağın qaldırdım. O vaxtda müharibə gedirdi eyni zamanda və konfransda məndən yenə soruşdular ki, sizə birdə şans versəydilər bilsəydin ki münsiflər heyəti ermənidi yenə də qışqıracağdınız mı? dedim bəli min dəfədən artıq qışqırardım ki, Qarabağ Azərbaycandır!”

Xəbər lenti

Xəbər lenti