Bakı. Trend:
Formula 1 Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 2 komandalarının əsas yarışları zamanı qəza baş verib.
Trend-in məlumatına görə, “PREMA RACING” komandasının pilotu Gabriele Mininin idarə etdiyi bolid səddə çırpılıb.
Qeyd edək ki, "Formula 1 Azərbaycan Qran Prisi"nə sentyabrın 13-də start verilib. Əsas yarış sentyabrın bu gün keçiriləcək, "Formula 1" və "Formula 2" yarışlarının qalibləri müəyyənləşəcək.
Xatırladaq ki, "Formula 1 Azərbaycan Qran Prisi" 2017-ci ildən Bakıda keçirilir