Bakı. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşən və uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanovun nəşinin qalıqları Gədəbəy şəhidlər xiyabanında dəfn edilib.
Trend xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib.
Qeyd edək ki, Bilal Qəhrəman oğlu Qəhrəmanov 2 iyun 1969-cu ildə
Gədəbəy rayonunun Yenikənd, indiki Qızılqaya kəndində anadan
olub.
1994-cü il yanvarın 4-də isə Ağdam rayonunun Qarakənd kəndinə “Çeyl
yüksəkliyi” adlanan yerdə itkin düşüb.