Bakı. Trend:
Ötən il vətəndaşlar tərəfindən televiziyada yayımlanan proqramlarla bağlı Audiovizual Şuraya 124 müraciət daxil olub, onlardan 85-i tam cavablandırılıb.
Trend xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, vətəndaşların şikayətləri müvafiq olaraq yayımçılara yönləndirilib.
“Üç şikayətlə bağlı hüquqi tədbir görülüb və kanallara sanksiya tətbiq edilib. Beş şikayətlə bağlı isə kanallara tövsiyə verilib”, - deyə o əlavə edib.