...

2024-cü ildə istehlakçılara 319,9 milyon kubmetr içməli su satılıb

Cəmiyyət Materials 14 Mart 2025 11:06 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə istehlakçılara 319,9 mln. kubmetr içməli su satılıb, 208,4 mln. kubmetr həcmində isə tullantı sularının axıdılması xidməti göstərilib.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, 2023-cü illə müqayisədə su təchizatı xidmətinin həcmi 3 %, kanalizasiya xidmətinin həcmi 5,5 %, göstərilmiş xidmətlərin dəyəri 3,3%, yığım 4,9 % artıb, yığım səviyyəsi 99.5 % təşkil edib.

Hesabat ilinin əvvəli ilə müqayisədə xidmət göstərilən abonentlərin sayı 40,2 min artaraq 1863,9 min olub, sayğaclaşma səviyyəsi 0.9 % artaraq 2025-ci il 1 yanvar tarixinə 91,1 % təşkil edib.

Hesabat dövrü ərzində su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinin təmin olunması üçün mövcud şəbəkələrdə təmir-bərpa işləri çərçivəsində müxtəlif diametrli 88,3 km su xətti, 29,7 km kanalizasiya xətti quraşdırılıb və ya təmir olunub, 14,8 km elektrik təchizatı xətti quraşdırılıb, 4,6 km elektrik xətti yenisi ilə əvəz olunub və ya əsaslı təmir olunub.

Su anbarlarının iş rejimləri ciddi nəzarətdə saxlanılıb və rejimlərdə operativ qaydada dürüstləşmələr aparılması nəticəsində hesabat ilinin sonunda 17,8 mlrd. kubmetr su toplanılması mümkün olub ki, bu da 2023-cü ilin sonuna nisbətən (əsasən Mingəçevir su anbarında) 2,8 mlrd. kubmetr çoxdur.

Balaxanı su anbarlar kompleksində (4 ədəd su anbarı) 2 ədəd V=10 min kubmetr su anbarlarında işlər tamamlanıb, 1 ədəd V=10 min kubmetr su anbarında işlər 98 % və 1 ədəd V=10 min kubmetr su anbarında işlər 18 % icra olunub. Maştağa su nasos stansiyasında təmir-bərpa işləri və nasosların quraşdırılması icra olunub, 1 ədəd kanalizasiya nasos stansiyasında və 1 ədəd V=10 min kubmetr Nardaran su anbarında tikinti-quraşdırma işləri tamamlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti