...

Bu istiqamətlər üzrə əlavə qatar reysləri təyin edildi

Cəmiyyət Materials 13 Yanvar 2026 14:50 (UTC +04:00)
Bu istiqamətlər üzrə əlavə qatar reysləri təyin edildi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 17, 18, 24 və 25 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində endirimli qiymətlərlə əlavə qatar reysləri təyin edir.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, 5 yanvar 2026-cı il tarixindən etibarən Bakı–Ağstafa–Bakı ekspres tipli qatar biletinin qiymətinə 10 faiz endirim tətbiq olunur.

Eyni zamanda, bu marşrut üzrə nəzərdə tutulmuş 23 kiloqramlıq pulsuz baqaj normasından əlavə 10 kiloqrama qədər yükün daşınması üçün rüsum 40 manatdan 20 manata endirilib.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti