...

Bu risklər Azərbaycan üçün də aktualdır - Sədr

Cəmiyyət Materials 21 Yanvar 2026 12:12 (UTC +04:00)
Bu risklər Azərbaycan üçün də aktualdır - Sədr
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün informasiya məkanında yaranan bir problemi deyil, ictimai sabitliyə ciddi təhlükə yaradan mövzunu müzakirə edəcəyik.

Trend xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O deyib ki, Dünya İqtisadi forumunun 2026-cı il üzrə risklər hesabatında vurğulanır ki, süni intellektlə yaradılan videolar, səslər cəmiyyətlərin parçalanmasına, dövlət institutlarına etimadın azaldılmasına xidmət edir.

“Bu mənada Azərbaycan üçün də risklər aktualdır. Ölkəmizin geosiyasi mövqeyi, post münaqişə dövründə formalaşdırdığı yeni reallıqlar ətrafında sistemli dezinformasiya kampaniyaları aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti