...

Süni intellekt kontentləri dezinformasiyanın yayılmasında ciddi təhdiddir - Natiq Məmmədli

Cəmiyyət Materials 21 Yanvar 2026 12:15 (UTC +04:00)
Süni intellekt kontentləri dezinformasiyanın yayılmasında ciddi təhdiddir - Natiq Məmmədli
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dezinformasiya insanların məlumatı düzgün anlamaqda çətinlik çəkməsinə səbəb olur və bu da zamanla daha ciddi problemlərin yaranmasına gətirib çıxarır.

Trend xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bu gün Bakıda “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, hazırda bir çox ölkələrdə informasiya mühitini çirkləndirən dezinformasiya halları artmaqdadır.

“Azərbaycanın dezinformasiya ilə mübarizə aparmaq üçün güclü siyasi və institusional mexanizmləri var. Dezinformasiyanın yayılması dünyada altı dəfədən çox artıb və bu cür məlumatlar yayıldıqdan sonra onların aradan qaldırılması daha çətin prosesə çevrilir. Xüsusilə süni intellekt əsaslı kontent dezinformasiyanın yayılmasında ciddi təhdid kimi qiymətləndirilir.

Dezinformasiyanın sürətlə yaranmasının əsas səbəblərindən biri dünya üzrə mediaya olan ictimai etimadın azalmasıdır”.

N.Məmmədli vurğulayıb ki, media həqiqətə xidmət etməlidir, lakin təəssüf ki, bunu beynəlxalq mediada hər zaman görmək mümkün olmur. Nəticədə mediaya olan inam azalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti