Bakı. Trend:
Azərbaycan Respublikası Hərbi prokurorunun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib.
Trend xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Tərtər rayon prokuroru Əli Qurbanov Tərtər hərbi prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Şəfahət İmranov və Fuad Məmmədov həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq onlara baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib.
