...

Goranboyda Gənclər Gününə həsr olunan festival keçirilir

Cəmiyyət Materials 3 Fevral 2026 18:01 (UTC +04:00)
Goranboyda Gənclər Gününə həsr olunan festival keçirilir
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Goranboy rayonunda Gənclər Gününə həsr olunan festival keçirilir.

Trend-in Qarabağ bürosunun məlumatına görə, “GəncFest” adlanan festival çərçivəsində gənclər üçün müxtəlif fəaliyyət zonaları qurulub.

Festival zamanı iştirakçılar hərbi-vətənpərvərlik, yaradıcılıq, stolüstü oyunlar, intellektual müsabiqələr, interaktiv təlimlər və əyləncə zonalarında asudə vaxtlarını səmərəli keçiriblər.

Tədbirin davamında gənclər üçün konsert proqramının keçirilməsi və atəşfəşanlığın təşkil olunması planlaşdırılıb.

Qeyd edək ki, “GəncFest” fevralın 3-ü və 4-də Goranboy rayonunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti