...

Ağcabədidə bıçaq xəsarətləri alan azyaşlının vəziyyəti açıqlandı

Cəmiyyət Materials 5 Fevral 2026 12:48 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

04.02.2026-cı il tarixində saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

xxx
12:41

Ağcabədidə azyaşlı bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Avşar kəndində qeydə alınıb.

Kənd sakini, şərti adı Pünhan olan azyaşlı müxtəlif bıçaq xəsarətləri alıb. Yaralı yaxınları tərəfindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti