Bakı. Trend:
Fevralın 20-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçiriləcək.
Trend xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilir ki, bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:
1. Təfəkkür növləri üzrə test
2. Şəxsi xüsusiyyətlər testi
3. Peşə maraqları testi
Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.
Testdə iştirak etmək üçün qeydiyyat 19 fevral saat 15:00-dək davam edəcək.
Qeyd edək ki, bu testlər 8-ci və yuxarı sinif şagirdləri üçündür.
