...

İskəndər Həmidov Ali Məhkəmənin Plenumuna müraciət edib

Cəmiyyət Materials 28 Oktyabr 2005 14:53 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İskəndər Həmidov Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət edib. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

İskəndər Həmidovun ali məhkəmə orqanına müraciət etməkdə məqsədi üzərindəki məhkumluğun ləğv edilməsi ilə əlaqədardır.

Müraciətin Plenumun növbəti iclaslarından birində müzakirəyə çııxarılacağı gözlənilir.

Qeyd edək ki, İ.Həmidov 1995-ci ildə dövlət əmlakını mənimsəmə, qulluq mövqeyindən sui-istifadə etmə və digər cinayətlərdə təqsirləndirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Sonralar müraciət etdiyi müvafiq instansiyalar tərəfindən cəzasının müddəti 11 ilə endirilib.

2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əfv olunaraq azadlığa buraxılıb. Hazırda üzərində cəzasının çəkilməmiş 2 illik müddəti var.

Xəbər lenti

Xəbər lenti