...

Azərbaycan idman yarışlarının təşkilinə dair əlavə öhdəliklər götürüb

Cəmiyyət Materials 13 Dekabr 2005 16:21 (UTC +04:00)

Azərbaycan bir çox digər ölkələr kimi irimiqyaslı beynəlxalq idman yarışlarının təşkilinə dair əlavə öhdəliklər götürüb.

Gənclər, idman və turizm nazirliyinin mətbuat katibi Raqif Abbasov Trend ə bəyan edib ki, indidən nüfuzlu turnirin qəbul edilməsi üçün xüsusi komissiyaya yarış meydanını vermək və infrastrukturu qaydaya salmaq kifayət olmayacaq. Həmçinin beynəlxalq strukturlara iştirakçıların və tamaşaçıların təhlükəsizliyinə dair zəmanət verilməlidir ki, bu da vacib normadır.

R.Abbasov həm də vurğulayıb ki, bu istiqamətdə göstərici Bakıda bədii gimnastika üzrə dünya çempionatının keçirilməsi oldu və bu, bütün beynəlxalq standartlara cavab verirdi. "Terrorizmlə mübarizə problemi bugünkü gündə ən vacib məsələlərdən biri hesab olunur və həmin problem idman sahəsinə də aiddir" -deyə R.Abbasov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti