...

Rimas Kurtinaytis: "Qala" üçün çempionatda yenidən qalib gəlmək çətin olmayacaq

Cəmiyyət Materials 28 Dekabr 2005 15:07 (UTC +04:00)

"Düşünürəm ki, "Qala" Azərbaycan çempionatını yenidən udmaqda çətilik çəkməyəcək". Bu barədə Trend ə klubun baş məşqçisi və ölkə yığmasının hakimi Rimas Kurtinaytis bəyan edib.

O, etiraf edib ki, birincilikdə onun iştirakçılarının dərəcələrinin artırılması ilə əlaqədar intriqa yaranıb. "Əgər əvvəllər komandalar yalnız meydanda qaçaraq topu həlqəyə atırdılarsa, indi onların hamısının hücum və müdafiədə öz taktikası var. Lakin hələlik "Qala"nın basketbolçuları digər rəqiblərdən dəqiq, cəld və güclüdürlər", - deyə Olimpiya çempionu bildirib.

Qeyd etmək lazımdır ki, hazırda R.Kurtinaytis ailəsi ilə birlikdə Milad bayramının qeyd etmək üçün Litvadadır. Onun Azərbaycana gəlişi milli birincidliyin növbəti turuna planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti