...

Azərbaycan Obmbudsman aparatının əməkdaşları 1 saylı cəzaçəkmə müəssisəsinə baxış keçirib

Cəmiyyət Materials 3 Fevral 2006 19:55 (UTC +04:00)

Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili Aparatının (Obmbudsman) əməkdaşları Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası baş İdarəsinin (MQİBİ) 1 saylı cəzaçekmə müəssəsinə baxış keçirərək, məhkumlarla təkbətək görüşüblər və onların saxlanılma şəraiti, vəziyyəti, problemləri ilə tanış olublar.

Bu haqda "Trendə" Ombudsman Aparatının mətbuat xidmətindən məlumat veriblər.

Qeyd olunub ki, Obmbudsman aparatının nümayəndələri ilə söhbət zamanı məhkumlar saxlanılma şəraitindən razılıq ediblər, müəssisə əməkdaşları tərəfindən onlara qarşı qeyri-qanuni rəftara, kobud hallara, hüquq pozuntlarına yol verilmədiyini, şikayətlərinin məhkəmə qərarlarından olduğunu bildiriblər. Apparat əməkdaşları həmçinin məhkumlara verilən yeməyin keyfiyyəti, tibbi xidmət səviyyəsi və müəssisədəki sanitar-gigiyena şəraiti ilə də maraqlanıblar.

Məhkumlarla görüşə gəlmiş ailə üzvləri, yaxınları görüş otaqlarındakı şəraitdən razı qaldıqlarını ifadə ediblər.

Ombudsman nümayəndələri gətirdikdəri hüquqi nəşrləri cəzaçəkmə müəssisəsinin kitabxanasına bağışlamışlar.

Xəbər lenti

Xəbər lenti