AFFA Ukrayna Futbol Federasiyası (UFF) ilə avqustun 16-da hər iki ölkənin yığmaları arasında yoldaşlıq matçının keçirilməsi barədə razılığa gəlib.
Azərbaycanın milli komandasının baş məşqçisi Şahin Diniyevin Trend ə verdiyi məlumata görə, 6 ay ərzində onun yetirmələri Avropa çempionatının finalçıları ilə iki dəfə görüşəcək. "Birinci görüş martın əvvəlində Bakıda keçiriləcək və Avro-2008-in seçmə turniri ərəfəsində Kiyevdə komandamızdakı irəliləyişləri görmək çox maraqlı olacaq", - deyə mütəxəssis qeyd edib.
Ş.Diniyev onu da nəzərə çatdırıb ki, ukraynalılarla görüşdən başqa komanda qitə birinciliyinin təsnfat mərhələsi ərəfəsində daha 4 görüş keçirməlidir.